...

Azərbaycanda sənayenin qeyri-neft sahələrində istehsalın həcmi il ərzində 5 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2014 15:43 (UTC +04:00)
2014-cü ilin yanvar-avqust aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 22,6 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Azərbaycanda sənayenin qeyri-neft sahələrində istehsalın həcmi il ərzində 5 faizdən çox artıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

2014-cü ilin yanvar-avqust aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 22,6 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sənaye məhsulunun 72,1 faizini istehsal olunmuş mədənçıxarma bölməsində 28,6 milyon ton neft, 12,3 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil təşkil edib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 22,0 faizini təşkil edib, qida, geyim, tütün məmulatlarının, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilib.

İstehsal edilmiş sənaye məhsulunun 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-avqust aylarının səviyyəsini 5,4 faiz üstələyib, neft-qaz sektorunda isə 2,4 faiz azalıb.

Ümumi sənaye istehsalının 93,2 faizi malların (əmtəələrin), 6,8 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,7 faizi özəl bölmədə istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti