...

Regionlarda sahibkarların maarifləndirilməsi davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2014 16:40 (UTC +04:00)
Bu gün Masallı rayonunun Mahmudavar kəndində İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
Regionlarda sahibkarların maarifləndirilməsi davam etdirilir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Bu gün Masallı rayonunun Mahmudavar kəndində İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mövcud və yeni ixrac bazarlarına çıxış imkanları, logistika, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə mövzuları əhatə edən treninqdə Avropa İttifaqına ixrac imkanları və bu sahədə mövcud qanunvericilik, logistikanın növləri, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması və s. barədə geniş məlumat verilib.

Bundan başqa, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az və www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin qəbulu və maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində tematik mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb və onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti