...

Füzuli rayonunda məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2014 10:16 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il oktyabrın 3-də məcburi köçkünlərin məskunlaşdığı Füzuli rayonunun Horadiz şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir.
Füzuli rayonunda məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il oktyabrın 3-də məcburi köçkünlərin məskunlaşdığı Füzuli rayonunun Horadiz şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, işgüzar forum çərçivəsində məcburi köçkünlərlə mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- fermer mağazalarının yaradılması;
- pendir istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması;
- cins heyvandarlıq və üzümçülük təsərrüfatlarının yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti