...

Azərbaycan və Çexiya ekologiya və kənd təsərrüfatı üzrə əməkdaşlığı müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2014 20:39 (UTC +04:00)
Oktyabrın 13-də Çexiya parlamentinin Deputatlar Palatasının Kənd təsərrüfatı komitəsinin nümayəndə heyəti Bakıya səfərə gələcək.
Azərbaycan və Çexiya ekologiya və kənd təsərrüfatı üzrə əməkdaşlığı müzakirə edəcəklər

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Azad Həsənli/

Oktyabrın 13-də Çexiya parlamentinin Deputatlar Palatasının Kənd təsərrüfatı komitəsinin nümayəndə heyəti Bakıya səfərə gələcək.

Çexiyanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, üçgünlük səfər zamanı Milli Məclisdə Aqrar siyasət komitəsi və Çexiya-Azərbaycan parlamentlərarası qrupunun üzvləri, eləcə də kənd təsərrüfatı və ekologiya və təbii sərvətlər nazirləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, ekologiya və kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.

Nümayəndə heyətinə Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavini Voytex Filip rəhbərlik edəcək.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-avqust aylarının yekunu üzrə iki ölkə arasında əmtəə dövriyyəsi 447,78 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti