...

Musa Pənahov: Naxçıvan-Qars dəmiryolunun yaradılması layihəsi ətraflı müzakirə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2014 16:22 (UTC +04:00)
Naxçıvan-Qars (Türkiyə) dəmiryolunun yaradılması layihəsi ətraflı müzakirələrdən sonra Azərbaycan hökumətinə təqdim olunacaq.
Musa Pənahov: Naxçıvan-Qars dəmiryolunun yaradılması layihəsi ətraflı müzakirə olunur

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Naxçıvan-Qars (Türkiyə) dəmiryolunun yaradılması layihəsi ətraflı müzakirələrdən sonra Azərbaycan hökumətinə təqdim olunacaq. Trend xəbər verir ki, bu barədə jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, hazırda türkiyəli mütəxəssislər dəmiryolu Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi layihəsi üzərində çalışırlar: "Bu, işlərin əhəmiyyətli hissəsinin Azərbaycan ərazisində aparılacağı ilə bağlıdır".

M.Pənahov qeyd edib ki, layihə çərçivəsində Azərbaycan ərazisində 13 kilometrə yaxın yeni dəmiryolun tikintisi, eləcə də 160 kilometr yolun bərpası nəzərdə tutulur: "Bu, kifayət qədər böyük layihədir və ərtaflı müzakirələrdən sonra baxılması üçün ölkə hökumətinə təqdim ediləcək".

Naxçıvan-Qars dəmiryolu layihəsi çərçivəsində İran sərhədindən Sədərəkədək yolların bərpası, eləcə də daha 10 kilometr yolun çəkilişi nəzərdə tutulur.

İlkin məlumatlara görə, Naxçıvan-Qars dəmiryolunun həyata keçirilməsi üçün bir milyard manat vəsait tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti