...

Lütfi Əlvan: İranın Türkiyə yük maşınları üçün tranzit ödənişlərini artırması qanunsuzdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2014 13:31 (UTC +04:00)
Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan İran tərəfindən Türkiyənin yük maşınlarına tranzit ödənişlərinin ikiqat artırılmasını qanunsuz adlandırıb.
Lütfi Əlvan: İranın Türkiyə yük maşınları üçün tranzit ödənişlərini artırması qanunsuzdur

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan İran tərəfindən Türkiyənin yük maşınlarına tranzit ödənişlərinin ikiqat artırılmasını qanunsuz adlandırıb. Trend xəbər verir ki, bu barədə bazar ertəsi "Kanal7" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, İran və Türkiyə qonşudur və onların arasında ticarət münasibətləri mövcuddur.

Nazir hesab edir ki, Ankara İranla əldə olunan bütün razılaşmalara hörmətlə yanaşır və Tehran da buna eyni şəkildə cavab verməlidir.

Uzun illər ərzində İranda Türkiyədən ölkəyə gələn yük maşınlarından 750 dollar məbləğində tranzit haqqı tutduğu halda İranın yük avtomobilləri Türkiyə ərazisinə ödənişsiz daxil olurdular.

Bundan sonra Türkiyə İranın yük avtomobillərinə analoji haqq tətbiq etdi. Bu, İranı Türkiyənin yük avtomobilləri üçün tranzit haqqını azaltmağa vadar ermək məqsədi güdürdü. Lakin İran oktyabrın 10-dan bu haqqı 1500 dollaradək artırıb.

Eyni zamanda, rəsmi İran bəyan edib ki, bir neçə on illər əvvəl Türkiyə ilə imzalanmış sazişə uyğun olaraq hər iki tərəf yalnız hər iki ölkənin ərazisində yanacağın qiymətlərində fərq olduğu zaman tranzit haqqı ala bilərlər.

Türkiyədə dizel yanacağının bir litrinin dəyəri 2,12 türl lirəsi (dolların məzənnəsi 2,2729 TL-yə bərabərdir), İranda 2500 rialdır (məzənnə 26,692 IRR/USD-ə bərabərdir).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti