...

"Vergi ödəyicilərinə xidmət"

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2014 17:26 (UTC +04:00)
Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) “Vergi ödəyicilərinə xidmət“ mövzusunda regional seminarı öz işinə başlayıb.
"Vergi ödəyicilərinə xidmət"

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) "Vergi ödəyicilərinə xidmət" mövzusunda regional seminarı öz işinə başlayıb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri vergilər nazirinin müşaviri Ələkbər Məmmədov açaraq qonaqları salamlayıb və ECO katibliyinə bu tədbiri Azərbaycanda təşkil etdiyinə görə təşəkkürünü bildirərək, son dövrlərdə ölkəmizdə vergitutma sahəsində aparılmış islahatlar və həyata keçirilən müxtəlif layihələr, o cümlədən yeni informasiya texnologiyalarının tətbiqi, vergi ödəyicilərinə xidmət, elektron xidmətlər və s. barədə ətraflı məlumat verib. Qeyd olunub ki, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişlərinə uyğun olaraq vergi xidmətinin təkmilləşdirilməsi, modernləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması prosesi davam etdirilir.

Azərbaycan Respublikası əksər Avropa İttifaqı, Cənubi-Şərqi Asiya, Yaxın Şərq ölkələri, Kanada, Yaponiya və MDB üzvü olan dövlətlər də daxil olmaqla 48 ölkə ilə, o cümlədən, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan 10 dövlətdən 6-sı ilə gəlirlərə və əmlaka münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər imzalayıb. Azərbaycan Vergilər Nazirliyi ECO-ya üzv olan dövlətlərin vergi administrasiyaları ilə həm ikitərəfli formatda, həm də Avropadaxili Vergi Administrasiyaları Təşkilatı, MDB dövlətlərinin Vergi orqanları rəhbərlərinin əlaqələndirmə Şurası, İslam konfransı dövlətlərinin vergi administrasiyalarının Assosiasiyası çərçivəsində sıx əməkdaşlıq edir.

Sonra Türkiyə, Əfqanıstan, Pakistan, Tacikistan, Qırğızıstan, Türkmənistan və Azərbaycanın vergi orqanlarının nümayəndələrinin "Vergi ödəyicilərinə göstərilən xidmətlər", "Vergi ödəyicilərinə göstərilən xidmətlərin təşkilində informasiya mənbələri. Vergi ödəyicilərinə göstərilən elektron xidmətlər", "Vergi ödəyicilərinə xidmət: Çağrı və Xidmət Mərkəzləri", "Vergi mədəniyyətinin yüksəldilməsində maarifləndirmə və məlumatlandırmanın rolu" mövzularında təqdimatları dinlənilib.

Noyabrın 7-də nümayəndə heyətinin Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamenti, sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində "bir pəncərə" sistemi, Çağrı və Xidmət Mərkəzinin, habelə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzi ilə tanışlığı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti