...

Tikinti işləri bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2014 13:36 (UTC +04:00)
2014-cü ilin III rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,5 faiz bahalaşıb.
Tikinti işləri bahalaşıb

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

2014-cü ilin III rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,5 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,4 faiz, yol və körpü tikintisində isə 0,8 faiz bahalaşma müşahidə edilib.

Cari ilin III rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,3 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 1,1 faiz bahalaşıb, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,7 faiz ucuzlaşıb.

Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə 0,2 faiz bahalaşıb.

Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 1,2 faiz bahalaşma müşahidə olunub.

İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,7 faiz ucuzlaşıb.

Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,9 faiz bahalaşıb, körpü tikintisi üzrə qiymətlər isə 0,2 faiz ucuzlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti