...

Azərbaycan-İsveçrə biznes konfransı keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2014 20:00 (UTC +04:00)
İsveçrə-MDB Müştərək Ticarət Palatasının təşkilatçılığı, “Paşa Bank”ın dəstəyi, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ölkəmizin İsveçrədəki səfirliyinin tərəfdaşlığı ilə Sürix şəhərində “İsveçrə şirkətləri üçün Azərbaycanın qeyri-neft sektorunda imkanlar” adlı Azərbaycan-İsveçrə biznes konfransı təşkil edilib.
Azərbaycan-İsveçrə biznes konfransı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

İsveçrə-MDB Müştərək Ticarət Palatasının təşkilatçılığı, "Paşa Bank"ın dəstəyi, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ölkəmizin İsveçrədəki səfirliyinin tərəfdaşlığı ilə Sürix şəhərində "İsveçrə şirkətləri üçün Azərbaycanın qeyri-neft sektorunda imkanlar" adlı Azərbaycan-İsveçrə biznes konfransı təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan ölkəmizin İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı Azərbaycanı siyasi və iqtisadi sabitlik baxımından gənc müstəqil ölkələr sırasında xüsusi çəkisi ilə seçilən və sürətlə inkişaf edən ölkə olaraq xarakterizə edib, Cənubi Qafqazın ÜDM-nin 75 faizinin Azərbaycanın payına düşdüyünə diqqəti yönəldib və bunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hökumətin apardığı uğurlu siyasi və iqtisadi islahatların məntiqi nəticəsi olduğunu vurğulayıb.

Azərbaycanın dünyada əsasən özünün zəngin karbohidrogen resurlarına görə tanındığını qeyd edən səfir ölkə iqtisadiyyatının uğurla həyata keçirilən diversifikasiyası nəticəsində qeyri-neft sektorunun da bu gün İsveçrə şirkətləri daxil olmaqla, xarici investorlar üçün xeyli cəlbedici olduğunu diqqətə çatdırıb.

Hazırda 80-dən çox İsveçrə şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini məmnunluqla vurğulayan Ə.Zeynallı bu rəqəmin gələcəkdə artacağından əminlik ifadə edərək, İsveçrə şirkətlərini ölkəmizlə daha yaxından əməkdaşlığa dəvət edib.

Konfransda "Paşa Bank"ın idarə heyətinin sədri Fərid Axundov, AZPROMO-nun nümayəndəsi Natiq Mədətov, OMNİ hüquq şirkətinin müşaviri Afaq Abdullayeva, "Paşa Bank"ın idarə heyətinin üzvü Taleh Kazımov çıxış edərək, ölkəmizin qeyri-neft sektorunun potensialı və mövcud imkanlardan bəhs ediblər.

İsveçrənin "Holcim Group Services" şirkətinin Avropa üzrə nümayəndəsi Hora Adrian, "Bühler AG" şirkətinin Cənubi Qafqaz üzrə nümayəndəsi Şərif Nizam Mafi, "ABB AG" şirkətinin Şərqi Avropa üzrə nümayəndəsi İqor Almazov isə çıxışlarında ölkəmizdəki fəaliyyətlərinə dair məlumat verib, Azərbaycanda xarici investorlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirib və bu sahədə öz müsbət təcrübələrini bölüşüblər.

Eyni məzmunda konfrans noyabrın 13-də Cenevrə şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti