...

“Bank VTB” Azərbaycan biznesinin MDB, Avropa, Asiya və Afrika bazarlarına çıxmasına kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2014 11:19 (UTC +04:00)
“Bank VTB” (Azərbaycan) azərbaycanlı sahibkarlara onların xarici bazarlara çıxmaları və MDB, Avropa, Asiya və Afrika ölkələrində öz müştərilərinə kompleks xidmətlər göstərmələrinə kömək edəcək.
“Bank VTB” Azərbaycan biznesinin MDB, Avropa, Asiya və Afrika bazarlarına çıxmasına  kömək edəcək

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir Maksim Tsurkov/

"Bank VTB" (Azərbaycan) azərbaycanlı sahibkarlara onların xarici bazarlara çıxmalarına və MDB, Avropa, Asiya və Afrika ölkələrində öz müştərilərinə kompleks xidmətlər göstərmələrinə kömək edəcək.

Trend xəbər verir ki, bu barədə "Bank VTB" (Azərbaycan) İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Yakovlevin sözlərinə görə, bank öz növbəsində Azərbaycanın geniş ticarət əlaqələrinin olduğu və VTB qrupunun bölmələrinin fəaliyyət göstərdiyi ölkələri də nəzərdən keçirəcək.

Bankın sədri deyib: "Misal üçün, bu gün Azərbaycanın Gürcüstanla sıx iqtisadi əlaqələri var və onun mühüm ticarət tərəfdaşıdır. Вununla əlaqədar, "Bank VTB" (Azərbaycan) azərbaycanlı tərəfdaşları VTB-nni Gürcüstandakı bölməsinin işinə, nəqliyyat daşımaları, tikinti və neft-kimya sahəsində birgə layihələrin maliyyələşdirilməsinə fəal şəkildə cəlb edir. "Bank VTB" (Azərbaycan) həmçinin Azərbaycan şirkətlərinin Belarusdan və Qazaxıstandan olan tərəfdaşlarla sıx əməkdaşlığının qurulmasında fəal rol oynamağa hazırdır".

Eyni zamanda, "Bank VTB" (Azərbaycan) bağlanan sazişlərin şəffaflığı, etibarlılığının, ödənişlərin vaxtında daxil olmasının müəyyən qarantı rolunda çıxış edəcək. Çünki çox tez-tez yeni bazarlara daxil olan şirkətlər və iş adamları ilk növbədə vicdansız tərəfdaşlarla rastlaşırlar ki, bu da onların risklərini əhəmiyyətli dərəcədə artırır.

Yakovlev deyib: "Bank müştərilərinə etibarlı tərəfdaş tapmaqda, hesablaşmalar sxemini düzgün qurmaqda kömək edə bilər, çünki vaxtında edilən ödənişlər istənilən şirkətin uğurunun rəhnidir".

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC və "AtaHolding" ASC-dir.

Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 11 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti