...

Türkiyə Avropa Gömrük İttifaqını tərk edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2014 11:33 (UTC +04:00)
Avropa Gömrük İttifaqına üzvlük Türkiyənin iqtisadi maraqlarına zərbə vurur.
Türkiyə Avropa Gömrük İttifaqını tərk edə bilər

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Avropa Gömrük İttifaqına üzvlük Türkiyənin iqtisadi maraqlarına zərbə vurur. Trend çərşənbə axşamı Türkiyənin "Dovizgazetesi"nə istinadən xəbər verir ki, bunu "SOCAR Turkey Enerji" şirkətinin (ARDNŞ-nin Türkiyə bölməsi) prezidenti Kənan Yavuz bildirib.

Onun sözlərinə görə, Türkiyə Avropa Gömrük İttifaqına (AGİ) üzvlüyü məsələsinə yenidən baxmalıdır. Çünki Ankaranın artıq ona ehtiyacı yoxdur.

Kənan Yavuz, həmçinin qeyd edib ki, Aİ və ABŞ arasında Trans Atlantik ticarət-investisiya əməkdaşlığına (TTİƏ) dair müqavilənin imzalanması zamanı Türkiyənin maraqları da nəzərə alınmalıdır.

Bir müddət əvvəl Türkiyənin Aİ işləri naziri Volkan Bozkır bildirib ki, Aİ və ABŞ arasında TTİƏ-nin imzalanması zamanı Türkiyənin maraqları da nəzərə alınmazsa, Ankara Avropa Gömrük İttifaqında üzvlüyünü dayandıracaq.

O, həmçinin qeyd edib ki, 1995-ci ildə Türkiyənin AGİ-yə qoşulmasına dair saziş imzalanarkən Aİ ilə digər ölkələr arasındakı razılaşmaların Türkiyəyə şamil edilmədiyinə dair maddə ora daxil edilməyib.

Onun sözlərinə görə, Aİ ilə sərbəst ticarət rejiminin qurulduğu ölkələr Türkiyəyə sıfır gömrük dərəcəsi ilə mal ixrac edə bilərlər.

Nazirin sözlərinə görə, əgər Amerika malları Türkiyə bazarına rüsumsuz daxil olarsa, Türkiyə bundan 2,5-3 milyard dollaradək vəsait itirəcək.

Bozkır deyib: "Əgər Aİ ABŞ ilə TTİƏ müqaviləsi imzalayarsa və bu zaman Türkiyə müdafiəsiz qalarsa, onda biz Avropa Gömrük İttifaqında üzvlüyümüzü dayandırmağa məcbur olacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti