...

Kənan Yavuz: Türkiyə istehsal həcmlərini artırmalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2014 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Türkiyə iqtisadiyyatının artması üçün yerli istehsal həcmlərinin artırılması vacibdir. Bunu "SOCAR Turkey Enerji" şirkətinin (ARDNŞ-nin Türkiyə bölməsi) prezidenti Kənan Yavuz bəyan edib. Trend xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyənin "Aliagaekspres" qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, hazırda Türkiyə hökuməti ölkənin inkişafı üçün bir sıra iqtisadi paketlərin reallaşdırılmasına başlayıb və bu, çox mühüm addımdır: "Yerli istehsalın artımı ölkədə işsizliyin səviyyəsinin azalmasına yardım edəcək".

"SOCAR Turkey Enerji" rəhbəri bildirib ki, 2023-cü ilədək Türkiyə ixrac həcmlərini 500 milyard dollaradək artırmaq niyyətindədir.

Türkiyə Statistika İnstitutunun məlumatına görə, 2014-cü ilin avqustunda Türkiyədə işsizliyin səviyyəsi 10,1 faiz təşkil edib ki, bu da ötən ilin avqustundakı göstəricidən 0,7 faiz çoxdur.

Avqustda ölkədə 2,867 milyon işsiz olub. Kişilər arasında işsizliyin səviyyəsi 8,9 faiz, qadınlar arasında isə 12,7 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti