...

Azərbaycan AYİB-ə aqroparkların yaradılmasında birgə iştirakı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2014 18:20 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Nil Makkeyn ilə görüşüb.
Azərbaycan AYİB-ə aqroparkların yaradılmasında birgə iştirakı təklif edir

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Nil Makkeyn ilə görüşüb.

Trend-in Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşün məqsədi AYİB-in kənd təsərrüfatı kreditlərinin maliyyələşdirilməsi ilə əlaqədar yeni maliyyə çərçivəsinin hazırlanması üzrə müzakirələrin aparılması olub.

H.Əsədov beynəlxalq təşkilatlarla kənd təsəttüfatı sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu, kənd təsərrüfatının inkişafında AYİB tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətini müsbət qiymətləndirib və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb.

Nazir investisiya tələb olunan sahələr barədə məlumat verərək Azərbaycan dövlətinin və AYİB-in birgə dəstəyi ilə "Aqropark"ların yaradılması istiqamətində yeni layihələrin həyata keçirilməsini məqsədəuyğun hesab edib və bu barədə geniş fikir mübadiləsi aparılıb.

N.Makkeyn AYİB tərəfindən aqrobiznes sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verərək, gələcəkdə aqrar sahədə əməkdaşlığı daha da inkişaf etdirməyə önəm verdiklərini və bu məqsədlə araşdırmalar apardıqlarını diqqətə çatdırılıb.

O, "Aqropark"ların, logistik bazaların yaradılmasına, məhsulun saxlanması istiqamətində gələcəkdə yeni layihələrin həyata keçirilməsinə, fermerlərin bazara çıxış yollarının daha da yaxşılaşdırılması məqsədilə kənd yollarının bərpasına investisiya qoyululmasına önəm verdiklərini ifadə edib və gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti