...

Azərbaycan qiymətli metalların idxalına aksiz vergisi tətbiq etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2014 16:06 (UTC +04:00)
Bu gün Milli Məclis idxal edilən aksizli malların çeşidinin genişləndirilməsini və bura qiymətli metalların və onlardan hazırlanmış məmulatların daxil edilməsini təsdiq edib.
Azərbaycan qiymətli metalların idxalına aksiz vergisi tətbiq etdi

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Maksim Tsurkov/

Bu gün Milli Məclis idxal edilən aksizli malların çeşidinin genişləndirilməsini və bura qiymətli metalların və onlardan hazırlanmış məmulatların daxil edilməsini təsdiq edib.

"Vergi Məcəlləsində dəyişikliklər haqqında" layihəyə əsasən, gələn ildən Azərbaycanda idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza da aksiz vergisi tətbiq ediləcək.

Buna qədər idxal edilən aksizli malların sıyahısına yalnız spirtli içki, pivə, spirtli içkilərin bütün növləri, tütün məmulatları, neft məhsulları, minik avtomobilləri, idman yaxtaları və istirahət üçün yaxtalar daxil idi.

Qanun layihəsinə əsasən tutulacaq verginin məbləği platinin hər qramına, qızılın və ondan hazırlanmlş zərgərlik və məişət məmulatlarının hər troya unsiyasına, habelə bərkidilmiş almazın hər karatına görə müəyyənləşdiriləcək.

Sənədə əsasən, özəl şəxslərin gətirdiyi 20 qram qızıl və qızıl zərgərlik və ya məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaza vergi tətbiq edilməyəcək. Həmçinin dəyişikliklərə görə, Azərbaycan Mərkəzi Bankının aktivlərində yerləşdirmək üçün idxal edilən qızıl, platin, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazlar, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirmək üçün idxal edilən qızıl aksiz vergisindən azaddır.

Qanuna əsasən, idxal zamanı yeni aksizli mallara aşağıdakı aksiz dərəcələri tətbiq ediləcək: qızılın min çəki vahidindəki miqdarı 375 olduqda aksiz dərəcəsi hər qrama görə 0,8 manat, 500 olduqda hər qrama görə 1 manat, 585 olduqda hər qrama görə 1,2 manat, 750 olduqda hər qrama görə 1,5 manat, 958 olduqda hər qrama görə 1,8 manat, 999 olduqda hər qrama görə 2 manat.

Bundan başqa, idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün aksiz dərəcəsi 200 manat olmaqla iki cür hesablanacaq. Əgər idxal olunan almazın bir ədədinin miqdarı 1 karatdan aşağıdırsa, aksizin məbləği almazın karatının miqdarına mütənasib olaraq azaldılacaq. Almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olsa, aksiz məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanacaq: 1 karatdan 2 karatadək olduqda - 2,0; 2 karatdan 3 karatadək olduqda - 3,0; 3 karatdan 4 karatadək olduqda - 4,0; 4 karatdan 5 karatadək olduqda - 5,0; karat 5-dən yuxarı olduqda - 10,0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti