...

Braziliya Azərbaycanla ticarət-iqtisadi əlaqələri dərinləşdirməkdə maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2015 19:15 (UTC +04:00)
Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov ilə Braziliyanın yeni təyin olunmuş inkişaf, sənaye və xarici ticarət naziri Armando Monteyro arasında görüş keçiriib.
Braziliya Azərbaycanla ticarət-iqtisadi əlaqələri dərinləşdirməkdə maraqlıdır

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov ilə Braziliyanın yeni təyin olunmuş inkişaf, sənaye və xarici ticarət naziri Armando Monteyro arasında görüş keçiriib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir naziri yeni təyinatı münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycanın sürətli iqtisadi inkişafı, milli iqtisadiyyatın şaxələndirilməsində əldə edilən nailiyyətlər və ölkəmizin aparıcı rolu ilə həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib.

E.Sultanov, həmçinin Azərbaycanla Braziliya arasında digər sahələrdə olduğu kimi, ticarət-iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini və son illərdə ticarət dövriyyəsinin artdığını bildirərək, bu sahədə iki ölkə arasında əməkdaşlıq üçün daha geniş potensialın mövcud olduğunu qeyd edib.

Öz növbəsində, A.Monteyro təbrikə görə səfirə təşəkkür edib. O, Azərbaycanın iqtisadi inkişafı barədə məlumatlı olduğunu qeyd edərək, Azərbaycan və Braziliya arasında ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu bildirib, həmçinin birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı tərəflər arasında yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın intensivləşdirilməsi üçün konkret təşəbbüslər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti