...

Azərbaycanda ilk sənaye məhəlləsi ilə artıq 16 şirkət maraqlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2015 16:21 (UTC +04:00)
Hazırda Neftçala Sənaye Məhəlləsində müəssisələrin yaradılmasına maraq göstərən 16 şirkətlə danışıqlar aparılır.
Azərbaycanda ilk sənaye məhəlləsi ilə artıq 16 şirkət maraqlanır

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Hazırda Neftçala Sənaye Məhəlləsində müəssisələrin yaradılmasına maraq göstərən 16 şirkətlə danışıqlar aparılır. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf bildirib.

O, qeyd edib: "Bunlar yerli şirkətlərdir, lakin bizdə əcnəbi şirkətlərin iştirakı ilə bağlı heç bir məhdudiyyət yoxdur. AİŞ bu prosesə kiçik və orta sahibkarların cəlb edilməsi üçün aktiv iş aparır".

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb.

R.Nəcəfin sözlərinə görə, sahibkarlara icarəyə veriləcək infrastrukturun və istehsalat sahələrinin tikintisinə tezliklə başlanacaq: "Biz artıq sənaye zonasının yaradılması üçün ərazini müəyyən etmişik. Müəssisə 10 hektar ərazidə tikiləcək. 2015-ci ilin sonuna kimi işlərin birinci mərhələsini başa çatdırmaq və ilk müəssisəni sahibkarlara icarəyə verməyi planlaşdırırıq".

Dövlət başçısının sərəncamına görə, Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini və tənzimlənməsini "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti