...

Milli Depozit Mərkəzi SWIFT şəbəkəsinə qoşulma üzrə ilk mərhələni bitirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2015 19:13 (UTC +04:00)
Milli Depozit Mərkəzi (MDM) real vaxt rejimində beynəlxalq ödənişləri həyata keçirən SWIFT şəbəkəsinə qoşulma üzrə birinci mərhələni bitirib.
Milli Depozit Mərkəzi SWIFT şəbəkəsinə qoşulma üzrə ilk mərhələni bitirib

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Milli Depozit Mərkəzi (MDM) real vaxt rejimində beynəlxalq ödənişləri həyata keçirən SWIFT şəbəkəsinə qoşulma üzrə birinci mərhələni bitirib.

Trend-in Mərkəzə istinadən verdiyi məlumata görə, beləliklə, lahiyənin texniki hissəsi tamamlanıb və hazırda təlimatların və prosedurların hazırlanması və MDM-in uçot sisteminə inteqrasiyası üzrə aktiv işlər görülür.

MDM SWIFT şəbəkəsinə qoşulmaqla hesablaşmalar üzrə xidmət səviyyəsini artıraraq, ödənişlərinin daha etibarlı, təhlükəsiz və sürətli həyata keçirilməsi imkanı əldə edəcək. SWIFT şəbəkəsinə qoşulma MDM üçün digər xarici depozitarlar üzrə əməliyyat əlaqələrinin qurulması üçün müsbət perspektivlər yaradır.

Qeyd edək ki ki, SWIFT ödənişlərin həyata keçirlməsini və məlumat mübadiləsini təmin edən beynəlxalq banklararası sistem olaraq, maliyyə-rabitə sistemində aparıcı şirkətlərdən biridir. SWIFT vasitəsilə aparılan pulköcürmələrin, banklararası ödəmələrin və qiymətli kağızlar üzrə əməliyyatın sayı gündəlik olaraq milyondan artıq rəqəmi təşkil edir. Hazırda dünyanın müxtəlif ölkələrindən 10 mindən artıq təşkilat SWIFT-in üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti