...

Türkiyə Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracını gömrük rüsumundan azad etməyi təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2015 17:24 (UTC +04:00)
Türkiyə Azərbaycana ixrac olunan kənd təsərrüfatı məhsullarının gömrük rüsumundan azad edilməsini təklif edir.
Türkiyə Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracını gömrük rüsumundan azad etməyi təklif edir

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Azad Həsənli/

Türkiyə Azərbaycana ixrac olunan kənd təsərrüfatı məhsullarının gömrük rüsumundan azad edilməsini təklif edir. Trend xəbər verir ki, bu barədə cümə axşamı Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi Bakıda azərbaycanlı və türkiyəli iş adamları ilə görüşündə deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanla əmtəə dövriyyəsinin 15 milyard dollara çatdırılmasında maraqlıdır: "Türkiyə Aİ-nin Gömrük İttifaqı ilə razılaşmaya malikdir, lakin həmin razılaşmaya yüngül sənaye malları daxildir. Biz artıq Aİ-yə kənd təsərrüfatı məhsulları ilə bağlı müvafiq sazişin imzalanmasını təklif etmişik. Bununla yanaşı, biz Azərbaycana kənd təsərrüfatı məhsullarının tədarükünün də gömrük rüsumundan azad edilməsi haqqında saziş imzalamağa hazırıq".

Eyni zamanda, nazir qeyd edib ki, əgər imzalanarsa, bu saziş seçilmiş mallara da şamil ediləcək.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ilin yekunları üzrə Azərbaycanla Türkiyə arasında əmtəə dövriyyəsi 1,789 milyard dollar təşkil edib ki, bunun 1,3 milyard dolları Türkiyədən idxalın, 502,49 milyon dolları isə Türkiyəyə ixracın payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti