...

Expressbank-la pul yığmaq sərfəli və rahatdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2015 18:01 (UTC +04:00)
"Expressbank" ASC-nin təqdim etdiyi "Mücrü" əmanəti 1, 2 və 3 illik müddətə yerləşdirilə bilər, əmanətin maksimal illik faiz dərəcəsi 11% təşkil edir.
Expressbank-la pul yığmaq sərfəli və rahatdır

Azərbaycan, Bakı, 16 fevral /Trend/

"Expressbank" ASC-nin təqdim etdiyi "Mücrü" əmanəti 1, 2 və 3 illik müddətə yerləşdirilə bilər, əmanətin maksimal illik faiz dərəcəsi 11% təşkil edir. Bankdan Trend-ə verilən məlumata görə, hesabı açmaq üçün minimal məbləğ 100 AZN/USD/EUR, əlavə olunan məbləğ isə minimum 50 AZN/USD/EUR olmalıdır.

Müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Hesab sahiblərinə plastik kart hədiyyə olunur.

Bundan başqa, "Mücrü" əmanətçiləri əmanətin 80%-dək məbləğində kredit və ya kredit xətti sifariş edə bilərlər. Kreditin faiz dərəcəsi əmanətin müqavilə üzrə faiz dərəcəsinə 4% əlavə olunaraq təyin olunur. Kredit müqaviləsinin müddəti əmanətin müddətinə görə müəyyən olunur.

Müştərilər "Mücrü" əmanət növü üzrə əmanətlərini həm bankın korporativ saytı, həm də "ExpressPay" ödəniş terminalları vasitəsilə istənilən vaxt artıra bilərlər.

"Expressbank"ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS-terminal və 180-dək "ExpressPay" ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi "facebook" səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti