...

PAŞA Bank ödənişlərin ödəniş terminalları vasitəsilə həyata keçirilməsi xidmətini tətbiq etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2015 12:26 (UTC +04:00)
Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank bütün ölkə ərazisində MilliÖN ödəniş sisteminin terminalları vasitəsilə kreditlərin ödənilməsi, cari hesaba və kartlara (əmək haqqı layihələri çərçivəsində buraxılan kartlar istisna olmaqla) vəsaitin köçürülməsi xidmətini tətbiq etdi.
PAŞA Bank ödənişlərin ödəniş terminalları vasitəsilə həyata keçirilməsi xidmətini tətbiq etdi

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Azərbaycanın ən iri banklarından biri - PAŞA Bank bütün ölkə ərazisində MilliÖN ödəniş sisteminin terminalları vasitəsilə kreditlərin ödənilməsi, cari hesaba və kartlara (əmək haqqı layihələri çərçivəsində buraxılan kartlar istisna olmaqla) vəsaitin köçürülməsi xidmətini tətbiq etdi.

PAŞA Bankın müştəriləri bu xidmətdən istifadə etməklə, Bankın şöbələrinə getmədən ödənişlərini həyata keçirə bilər. Ödənişin iş günü ərzində həyata keçirildiyi zaman vəsaitlər dərhal daxil olur, əməliyyat qeyri-iş günü aparıldıqda isə vəsaitlər hesaba növbəti iş günü daxil olur. Terminallar vasitəsilə ödənişləri istər yerli, istərsə də xarici valyutada (USD, EUR, RUR) həyata keçirmək olar.

Kreditin ödənilməsi, hesaba və ya kartın balansına vəsaitin köçürülməsi əməliyyatlarına görə komissiya haqqı nəzərdə tutulmayıb.

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013, 2014 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti