...

Mərkəzi Bank gecikdirilmiş kreditlərin ödənilməsi müddətini uzatdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2015 14:21 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) restrukturizasiya olunmuş aktivlərin təsnifatını dəyişib.
Mərkəzi Bank gecikdirilmiş kreditlərin ödənilməsi müddətini uzatdı

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Mərkəzi Bankı (AMB) restrukturizasiya olunmuş aktivlərin təsnifatını dəyişib.

Trend-in məlumatına görə, AMB-nin sədri Elman Rüstəmov "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları"na müvafiq dəyişiklikləri təsdiq edib.

Dəyişikliyə əsasən, 2015-ci il fevralın 23-dək restrukturizasiya olunmuş aktivlər standart aktivlər kimi, 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlər isə qənaətbəxş aktivlər kimi təsnifləşdirilə bilməz.

Restrukturizasiya olunmuş aktiv - iqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borclunun maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə müqavilə şərtləri dəyişdirilmiş və ya yeni öhdəlik kimi rəsmiləşdirilmiş borc öhdəliyidir.

Gecikmə günləri

0-30 gün

31-90 gün

91-180 gün

181-270 gün

270 gündən artıq

Keyfiyyət meyarları

Yüksək

Qənaətbəxş

Nəzarət

altında olan

Qeyri-qənaətbəxş

Təhlükəli

Ümidsiz

Orta

Nəzarət

altında olan

Qeyri-

qənaətbəxş

Təhlükəlo

Ümidsiz

Ümidsiz

Aşağı

Qeyri-

qənaətbəxş

Təhlükəli

Ümidsiz

Ümidsiz

Ümidsiz

Dəyişikliklər martın 7-dən qüvvəyə minib. Azərbaycanda 45 bank fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti