Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
"Azərbaycan Hava Yolları" QSC və "Türkiyə Hava Yolları" şirkəti "kod-şerinq" - uçuş xətlərinin birgə istismarı haqqında saziş imzalayıblar.
Trend-in "Bigpara" qəzetinə istinadən verdiyi məlumata görə, tərəflər arasında saziş bu il martın 29-dan qüvvəyə minəcək.
Məlumata görə, "kod-şerinq" sazişi Azərbaycandan Türkiyəyə və əks istiqamətdə həyata keçiriləcək bütün uçuşlara şamil ediləcək.
Qeyd edək ki, "kod-şerinq" kommersiya mexanizmidir və aviaşirkətlərə özlərinin reys icra etmədiyi, lakin sərnişinlərini daşıya bildiyi virtual seqmentər hesabına marşrutunu genişləndirməyə imkan verir.
Hazırda Azərbaycandan Türkiyənin İstanbul, Ankara şəhərlərinə, mövsüm vaxtı isə kurort zonalarına birbaşa uçuşlar həyata keçirilir. "Türkiyə Hava Yolları" isə Bakı, Gəncə və Naxçıvana uçuşlar reallaşdırır.