...

PAŞA Bank veb-saytın yeni versiyasını işə saldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2015 14:53 (UTC +04:00)
Azərbaycanın ən iri banklarından biri PAŞA Bank rəsmi veb-saytın yeni versiyasını işə saldı. Sayt beynəlxalq standartlara uyğun olaraq hazırlanmışdır, məzmununa görə optimallaşdırılmışdır və istifadədə maksimum rahatdır.
PAŞA Bank veb-saytın yeni versiyasını işə saldı

Azərbaycan, Bakı, 18 mart /Trend/

Azərbaycanın ən iri banklarından biri PAŞA Bank rəsmi veb-saytın yeni versiyasını işə saldı. Sayt beynəlxalq standartlara uyğun olaraq hazırlanmışdır, məzmununa görə optimallaşdırılmışdır və istifadədə maksimum rahatdır.

Veb-saytın yeni versiyası müştərilərlə əlaqənin güclü aləti qismində çıxış edir və PAŞA Bank tərəfindən təklif olunan bütün məhsul və xidmətlər üzrə dolğun informasiyanı təqdim edir, Azərbaycanın son illər ərzində makroiqtisadi və maliyyə göstəricilərini, ölkə iqtisadiyyatının müxtəlif sektorları üzrə statistik məlumatları və müştərilərə və investorlara tələb olunan digər informasiyanı əks etdirir.

Əvvəl də olduğu kimi, Bankın yeni müştəriləri saytda "İnternet bank" xidmətindən yararlana, son yeniliklərlə və PAŞA Bankın maliyyə göstəriciləri ilə, cari tarix olan valyuta məzənnələri ilə və sair məlumatlarla tanış ola bilərlər. Rahat mobil versiya həmçinin, qonaqlara mobil qurğular vasitəsilə yeni saytın üstünlüklərindən yararlanmaq imkanını verir.

PAŞA Bankın yeni veb-saytı Instinctif Partners (Böyük Britaniya) və MediaDesign (Azərbaycan) şirkətləri tərəfindən hazırlanıb.

PAŞA Bank
Əmir Məmmədov
Korporativ Kommunikasiyalar Departamenti
Telefon: 4802672
Elektron poçt ünvanı: [email protected]

Qeyd edək ki, PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013, 2014 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti