...

Azərbaycanın daha bir bankı kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2015 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir Azad Həsənli/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Bank BTB" ASC-nin 5,16 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb.

Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumata əsasən, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 5,16 min səhm buraxılıb.

Yerləşmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.

2015-ci il fevralın 1-nə olan vəziyyətə görə bankın məcmu kapitalı 54,2 milyon manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti