Azərbaycan, Bakı, 15 aprel /Trend/
Onlayn multi-aktivlərin ticarəti və investisiya üzrə ekspert sayılan "Saxo Bank" 46,250 mln. avro dəyərində konvertasiya oluna biləcək not buraxaraq ikinci dərəcəli kapitalını və 31,250 mln. avro dəyərində səhm sayəsində səhmdar kapitalını artırdığını elan edib.
Bankdan Trend-ə verilən məlumata görə, sərəncamında 10 mlrd. ABŞ dollarından çox maliyyə resursları olan investisiya fondlarının idarə etməsi üzrə aparıcı qlobal şirkət "CarVal Investors" sözügedən qiymətli kağızları əldə edərək ikinci dərəcəli dönərli kapitala yatırım etməklə yanaşı, səhmdar kapitalının 2,5%-i (kapital artımından öncəki məbləğin) həcmində səhm əldə edib.
"Saxo Bank"ın təsisçiləri və icraçı direktorları Kim Furne (Kim Fournais) və Lars Kristensenin (Lars Christensen) birgə bəyanatında qeyd olunub: "Maliyyə bazarlarında yeni imkanları nəzərdən keçirərkən bank, səhmdarlar, investorlar, müştərilər üçün səmərəli olacaq əlavə kapitalın cəlb olunması və səhmdar kapitalın artırılması üçün vasitə aşkarladıq. Bu vasitə ilə "Saxo Bank" həm kapital bazarının gələcək potensial tələblərini qarşılayacaq, həm də bankın bazardakı mövqeyini daha da möhkəmləndirəcək. Yatırılan investisiya bankın inkişaf imkanlarından faydalanmaq bacarığına olan inamın əyani nümunəsidir. Biz "CarVal Investors" şirkətini bankın yeni səhmdarı və notlarımızın sahibi olaraq salamlayırıq".
İkinci dərəcəli kapital aləti Avropanın kapital bazarının tənzimlənməsi ilə bağlı yeni qaydalarına tam cavab verir. "Saxo Bank Group" və "Saxo Bank A/S" şirkətlərinin birinci dərəcəli kapitalının payı 7%-dən aşağı düşərsə, ikinci dərəcəli kapital asanlıqla adi səhmlərə konversiya edilə bilər.
Qeyd edək ki, "Saxo Bank A/S" və "Saxo Bank Group" şirkətlərinin kapitalın tənzimləmə əmsalına olan minimal tələb 13,8% və 12,8% təşkil etdiyi halda faktiki göstəricilər müvafiq olaraq 22,8% və 19%-dir.
"Saxo Bank" özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan "Saxo Bank" müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş " SaxoTrader" platforması vasitəsilə FX, CFDs, ETFs, "Stocks", "Futures", "Options" və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. "Saxo Bank" ənənəvi bank xidmətləri ilə yanaşı "Saxo Privatbank" vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş "Saxo Bank"ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.