...

İran-Türkmənistan-Qazaxıstan dəmir yolu cari ildə tam istismara buraxıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2015 11:00 (UTC +04:00)
İran-Türkmənistan-Qazaxıstan dəmir yolundan yükdaşıma həcmi yaxın bir il ərzində 10 milyon tona qədər artacaq.
İran-Türkmənistan-Qazaxıstan dəmir yolu cari ildə tam istismara buraxıla bilər

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbirlər Təmkin Cəfərov, Ümid Niayeş/

İran-Türkmənistan-Qazaxıstan dəmir yolundan yükdaşıma həcmi yaxın bir il ərzində 10 milyon tona qədər artacaq. Bunu Trend-ə müsahibəsində İranın Türkmənistandakı səfiri Məhəmməd Musa Haşimi Gülpayqani deyib.

M.Gülpayqani bildirib ki, İran-Türkmənistan-Qazaxıstan dəmir yolu vasitəsilə yükdaşıma həcminin az olmasına səbəb bu məsələdə bəzi texniki problemlərin olmasıdır: "Ümid edirəm ki, bir il müddətində bütün problemlər öz həllini tapacaq və yükdaşımaların həcmi ildə 10 milyon tona çatdırılacaq".

O, əlavə edib ki, İran Prezidenti Həsən Ruhaninin Türkmənistana mart ayında səfəri zamanı iki ölkə arasında birgə bəyanat imzalanıb və həmin bəyanatda da dəmir yolu vastiəsilə yükdaşıma həcminin 10 milyon tona qədər çatdırılmasının zəruriliyi vurğulanıb.

Səfir qeyd edib ki, Türkmənistan və Qazaxıstanın dəmir yolu qatarları üzrə standartlarının İranın standartlarından fərqli olması üç ölkənin dəmir yolunda yükdaşımalar üzrə problemlərdən biridir: "Hazırda bu problemin həlli üçün texniki işlər aparılır. Bu problem həll olunarsa, İran-Türkmənistan-Qazaxıstan dəmir yolunda həm yükdaşımaların sürəti, həm də qatarların sayı artacaq. Hazırda bu dəhliz üzrə yükdaşıma həyata keçirilir. Bəndər Abbas limanından Türkmənistana sement, Orta Asiyadan isə Bəndər Abbas limanına zəruri yüklər daşınır".

Qeyd edək ki, İran-Türkmənistan-Qazaxıstan dəmir yolunun açılışı keçən ilin dekabr ayında olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti