Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir Hüseyn Vəliyev/
"Caspian Development Bank" Açıq Səhmdar Cəmiyyəti (ASC) "AzeriCard" prosessinq mərkəzinə qoşulub. Bu barədə Trend "AzeriCard"-a istinadən məlumat verir.
Yanvarın 26-da Azərbaycan Mərkəzi Bankı tərəfindən "Kövsər Bank" Açıq Səhmdar Cəmiyyətinin adının dəyişməsi ilə əlaqədar "Caspian Development Bank" ASC-yə bank fəaliyyəti həyata keçirilməsi üçün lisenziya verilib.
Bu lisenziyaya əsasən Bakı şəhərində yerləşən "Caspian Development Bank" ASC geniş spektrdə bank və digər maliyyə xidmətləri təklif edir.