Azərbaycan, Bakı, 17 aprel /Trend/
Bank VTB-nin (Azərbaycan) səhmdarlarının növbədənkənar ümumi yığıncağının vaxtı təsdiqlənib.
Bankdan Trend-ə verilən məlumata görə, 29 may 2015-ci il tarixində Bank VTB-nin (Azərbaycan) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Tədbir bankın baş ofisində, Xətai prospekti, 38 ünvanında, saat 11:00-da başlayacaq.
İclasın gündəliyinə bankın səhmdarlarının növbəti ümumi yığıncağının katibinin seçilməsi, bankın 2014-cü ilə olan maliyyə hesabatlığına baxılması məsələləri, eləcə də bankın 2014-cü ilə olan mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi haqqında təklifləri daxildir. Bundan başqa, səhmdarlar "Bank VTB (Azərbaycan) ASC-nin kommersiya maraqlarının açıqlanması qaydaları"nın yeni redaksiyasının təsdiqlənməsi məsələsini də müzakirə edəcəklər.
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub