...

Mühasibat uçotu və audit sahəsində çalışan təlimçilər dəvət olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2015 20:28 (UTC +04:00)
Mühasibat uçotu və audit sahəsində çalışan təlimçilər akkreditasiya və təlimlərə dəvət olunur
Mühasibat uçotu və audit sahəsində çalışan təlimçilər dəvət olunur

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM) nazirliyin və Dünya Bankının birgə "Korporativ və büdcə sektorlarında hesabatlılıq" layihəsi çərçivəsində Azərbaycanda mühasibat uçotu və audit sahəsində çalışan təlimçiləri ödənişsiz əsaslarla METM-də akkreditasiyadan keçməyə dəvət edir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, eyni zamanda, mühasibat uçotu və audit üzrə təlimçilərin və ya bu sahədə karyeralarını qurmaq və potensiallarını tam olaraq reallaşdırmaq istəyən şəxslərin davamlı təhsilini təmin etmək məqsədilə METM ödənişsiz olaraq aşağıda qeyd olunan fənlər üzrə təlimçiləri "İmtahan suallarının hazırlanması metodikası" və "İmtahan nəticələrinin qiymətləndirilməsi metodikası" üzrə seminara dəvət edir.

Seminar aşağıdakı fənlər üçün keçiriləcək:

- Maliyyə hesabatlarının hazırlanması
- Maliyyə menecmenti
- Audit və əminlik

Seminar müvafiq sahələr üzrə beynəlxalq kvalifikasiyalara malik mütəxəssislər tərəfindən aparılacaq.

Seminarın 2015-ci ilin may ayında keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti