...

"AtaBank" Bakıda filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2015 10:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend/

"AtaBank" Bakıda filial şəbəkəsini genişləndirir.

Bakıxanov qəsəbəsində "AtaBank" ASC-nin yeni filialının açılışı olub. Bankdan Trend-ə verilən məlumata görə, Muxtar Fətəliyev prospektində fəaliyyət göstərən filial fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir.

Yeni xidmət mərkəzində həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, kreditlər, depozitlər, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi kimi xidmətlər təklif olunur.

"AtaBank"-ın "Bakixanov" filialı bazar ertəsindən cümə gününə kimi saat 9:00-dan 17:00-a kimi müştəriləri qəbul edir. Şənbə günləri isə filial 10:00-dan 15:00-dək işləyir. "AtaBank"-ın yeni "Bakixanov" filailı müştəriləri rahat və geniş ofisində görməyə şad olacaq.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti