...

Türk lirəsinin dəyərsizləşməsi SOCAR-ın Türkiyədəki layihələrinə təsir edəcək?

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2015 20:00 (UTC +04:00)
Türk lirəsinin dəyərdən düşməsi "SOCAR Turkey Enerji" şirkətinin layihələrinə təsir etməyəcək.
Türk lirəsinin dəyərsizləşməsi SOCAR-ın Türkiyədəki layihələrinə təsir edəcək?

Azərbaycan, Bakı, 2 may /Trend, müxbirlər Aygün Bədəlova, Rufiz Hafizoğlu/

Türk lirəsinin dəyərdən düşməsi "SOCAR Turkey Enerji" şirkətinin layihələrinə təsir etməyəcək. Bunu Trend-ə "SOCAR Turkey Enerji"nin rəhbəri, "Petkim" neft-kimya holdinqinin İdarə heyətinin üzvü Kənan Yavuz deyib.

Onun sözlərinə görə, STAR NEZ də daxil olmaqla layihələrimizin gəlirləri və dəyəri dollarla ifadə edilir: "Buna görə də türk lirəsinə qarşı dolların məzənnəsinin dəyişməsi layihələrimizə təsir etməyəcək".

K.Yavuz qeyd edib ki, türk lirəsinin dəyərdən düşməsi Trans-Anadolu qaz kəmərinin (TANAP) tikinti layihəsinə də böyük təsir etməyəcək: "Türk lirəsinin dəyərdən düşməsi TANAP layihəsinin uğurla reallaşdırılmasına böyük təsir etməyəcək, çünki onun indiki səhdmarları SOCAR, BOTAŞ və BP-dir"

Şirkət rəhbəri əlavə edib ki, ABŞ valyutası təkcə türk lirəsinə deyil, həm də dünyanın digər valyutalarına qarşı möhkəmlənib: "Türk lirəsinin dəyərsizləşməsi idxalı çətinləşdirəcək və buna görə də Türkiyə ixrac və məşğulluğa yönəlmiş struktura keçməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti