...

AYİB Azərbaycan şirkətlərində pay əldə edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2015 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir Azad Həsənli/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın 4 bankında payın əldə edilməsi imkanını müzakirə edir. Trend-in məlumatına görə, bunu AYİB-in Bakı ofisinin rəhbəri Nil Makkeyn mətbuat konfransında deyib.

O bildirib: "Bankların konsolidasiyası baş verərsə, biz onların kapitalında iştirak etməyə hazırıq. Bu məsələni də Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla müzakirə etdik".

N.Makkeyn qeyd edib ki, AYİB Azərbaycanın 6 şirkətində paya sahibdir, onlardan üçü bankdır: "AYİB-in Azərbaycanın 3 bankında - "AccessBank", "Unibank" və "Dəmirbank"da payı var. Bununla yanaşı, AYİB Azərbaycanda fəaliyyət göstərən 6 banka kredit ayırır. Bu, 9 bankın hər biri kapital adekvatlığı ilə bağlı Mərkəzi Bankın normalarına cavab verir. Biz gələcəkdə həmin banklarda məzənnə dəyişikliyi ilə bağlı baş verə biləcək bütün risklərin öhdəsindən gəlmək üçün öz dəstəyimizi verəcəyik".

O, əlavə edib ki, milli valyutanın devalvasiyası təbii haldır və banklar buna hazır olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti