...

“AtaBank” “Tour d’Azerbaidjan” bank xidmətləri göstərdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2015 11:18 (UTC +04:00)
6 -10 Mayın 6-10-da ölkədə Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilən “Tour d’Azerbaidjan 2015” beynəlxalq veloturuna “AtaBank” ASC səyyar bankomatı olan “AtaMatik” ilə xidmət göstərib.
“AtaBank” “Tour d’Azerbaidjan” bank xidmətləri göstərdi (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend/

6 -10 Mayın 6-10-da ölkədə Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilən "Tour d'Azerbaidjan 2015" beynəlxalq veloturuna "AtaBank" ASC səyyar bankomatı olan "AtaMatik" ilə xidmət göstərib. Bankdan Trend-ə verilən məlumata görə, 5 gün ölkənin Sumqayıt, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Mingəçevir, Yevlax, Ağdaş və digər bölgələrində "AtaMatik" iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradıb. "AtaMatik" səyyar bankomatı vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bilib.

Müştərilərinə daim innovativ texnoloji imkanlar təqdim edən "AtaBank" ASC-nin İdarə Heyətinin üzvü - İcraçı direktor Elnur Osmanov bildirib ki, "AtaHolding" ASC-nin sponsoru olduğu "Tour d'Azerbaidjan 2015" beynəlxalq veloturunda iştirakçılara bank xidməti göstərməkdən yalnız fəxr duyuruq.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti