...

Vergilər Nazirliyi ali məktəblərlə əməkdaşlıq haqqında saziş imzalayıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2015 13:58 (UTC +04:00)
Vergilər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə əməkdaşlıq haqqında ikitərəfli saziş imzalayıb.
Vergilər Nazirliyi ali məktəblərlə əməkdaşlıq haqqında saziş imzalayıb  (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Vergilər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə əməkdaşlıq haqqında ikitərəfli saziş imzalayıb.

Trend-in məlumatına görə, imzalanma Şamaxıda keçirilən "Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu" mövzusunda elmi-praktik konfransı çərçicəsində baş tutub.

Nazirlik tərəfindən sazişi nazirin beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə müşaviri Ələkbər Məmmədov imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası adından sazişi tədris işləri üzrə prorektor Əlikram Abdullayev, ADİU tərəfindən isə iqtisadi məsələlər üzrə prorektor Mikayıl Zeynalov imzalayıb.

Ə.Məmmədov imzalanma mərasimində deyib ki, saziş vergi orqanları və ölkənin ali məktəbləri arasında təcrübə mübadiləsinin əsasını qoyacaq: "Bu ali məktəblərdə təhsil alan tələbələr nazirlikdə təcrübə keçmək imkanı əldə edəcəklər, pedaqoqlar isə vergi qurumunda elmi-tədqiqat işləri həyata keçirə biləcəklər. Vergilər Nazirliyi isə vergi tutulması ilə bağlı məsələlərin elmi əsaslandırılması üçün ali məktəblərlə əməkdaşlığı davam etdirəcək",

Ə.Məmmədov qeyd edib ki, biz həm elmin ayrı-ayrı nümayəndələri, həm də onların işlədiyi idarələlərlə qarşılıqlı fəaliyyəti genişləndirməyə istiqamətlənmişik: "Sazişlərdə ali məktəblərlə birlikdə layihələr, konfranslar və simpoziumların reallaşdırılması məsələləri qeyd edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti