...

Lenovo Azərbaycanda (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2015 14:10 (UTC +04:00)
Fərdi kompyuterlərin istehsal həcminə görə dünya birincisi, Rusiya və MDB ölkələri bazarlarında ən dinamik inkişaf edən şirkətlərdən biri Lenovo, Azərbaycan Respublikasında ofisinin açılışını elan edir.
Lenovo Azərbaycanda (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Fərdi kompyuterlərin istehsal həcminə görə dünya birincisi, Rusiya və MDB ölkələri bazarlarında ən dinamik inkişaf edən şirkətlərdən biri Lenovo Azərbaycanda ofisinin açılışını elan edir.

IBM şirkətindən fərdi kompyuter istehsahlı bölmələrinin alınmasından sonra şirkətin inkişafı:

· Lenovo - dünyada ən iri fərdi komputer kompyuter istehsalçısına çevrilməsi;

· Davamlı inkişaf və innovasiya texnologiyalarının həyata keçirilməsi;

· Şirkət üçün yeni sayılan kateqoriyalarda cihazların ıistehsalı: smartfonlar və serverlər.

Lenovo ilə iş birliyindən əvvəl IBM fərdi kompyuter bazarında 3-cü yeri tuturdu və bazar payının 5,7 % təşkil edirdi. Həmin an üçün Lenovo şirkətində bu göstərici 2,3 %-ə bərabər idi. Bu gün isə, 2015-ci ildə, şirkət artıq 10 illik təcrübəsi olan iki şirkətin toplam göstəricisindən 3 qat artıq olan bir paya sahibdir. Lenovo dünyada ən iri fərdi kompyuter istehsalçısına çevrilmişdir. On il əvvəl IBM və Lenovo şirkətlərinin fərdi kompyuter satışından əldə olunan ümumi gəliri 12 milyard dollar idi. Bu gün üçün bu göstərici iki qat artmışdır və indi beynəlxalq bazarda Lenovo şirkətinin fərdi kompyuter satışından əldə olunan ümumi gəliri təqribən 25 milyard ABŞ dolları həcmindədir. 2015-ci ilin Yanvarında şirkət 100 milyonuncu " ThinkPad" notbukunu satdı- dünyada heç bir notbuk brendi belə nəticə ilə qürurlana bilməz.

Şirkət tarixində ötən on ilin ən yadda qalan və parlaq anlarından bəziləri:

· Lenovo Motorola Mobility və X86 memarlığına platformlu serverlərin istehsalı üçün IBM vahidinin bölmələrinin əldə edilməsi üçün aparılan danışıqları yekunlaşdırır və daxili proyektor ilə çoxrejimli YOGA Tablet 2 Pro planşetini təqdim edir ( 2014-cü il );

· Lenovo dünyada ən iri fərdi kompyuter istehsalçısına çevrilir. Çinin sərhədlərindən kənarda smartfonların satışına başlayır: IdeaPhone K900 - beynelxalq bazarda Lenovo mobil telefonunun ilk modelidir; çoxistifadəçi interfeysi ilə ilk Lenovo Horizon masa komputeri təqdim edir.( 2013-cü il)

· Lenovo çoxrejimli YOGA fərdi kompyuterini təqdim edir. ( 2012-ci il )

· Lenovo NEC və Compal ilə birgə müəssisə yaradır və Medion sirkətini alır. ( 2011-ci il )

· Lenovo EMC ilə birgə müəssisə yaradır və Stoneware və CCE şirkətlərini alır.( 2012-ci il )

· Lenovo Pekindeə Olimpiya Oyunlarının sponsorlarından biri olur : olimpiya məntəqələrində şirkətin 20 min cihazı istifadə edilir; fərdi kompyuter ve notbuklarını beynəlxalq istehlak bazarına çıxır; BusinessWeek jurnalının "tarixin ən yaxşı notbuku" adlandırdığı ThinkPad X300 notbukunu yaradır. (2008-ci il )

· Lenovo beynəlxalq bazarda Lenovo brendi altında ilk fərdi kompyuteri təqdim edir. (2006-cı il )

· Lenovo fərdi komputer kompyuter istehsalı üzrə ThinkPad brendi daxil olmaqla IBM-in noutbuk istehsalı bölmələrini vahidi əldə edir. ( 2005-ci il )

Think brendinin tarixində önəmli məqamlar və bu brend adı altında istehsal olunan məhsullarda tətbiq olunan innovasiyalar:

· Lenovo 100 milyonuncu ThinkPad notbukunu satır ( 2015-ci il )

· Lenovo Lift'N'Lock innovativ texnologiyalı biznes üçün özünün ilk çoxrejimli ThinkPad YOGA ultrabukunu təqdim edir. (2013-cü il)

· Lenovo özünün ilk ThinkPad planşetini (OC Android əməliyyat sistemi ilə ) və Və kompakt masaüstü kompyuter kateqoriyasında Intel vPro platformlu "ThinkCentre M92p" təqdim edir. Sonuncu cəmi yalnız 1 litr həcmindədir və qolf topunun diametri ilə müqayisə ediləcək qədər incədir. ( 2011-ci il )

· Lenovo özünün ilk ultrabuk-transformeri ThinkPad Helix təqdim edir, transformerin ekranını nəinki döndərmək, hətta ultrabuku planşetə çevirərək klaviaturadan ayırmaq da mümkündür ("rip and flip texnologiyası ) (2012-ci il )

· Lenovo orta və kiçik biznes təşkilatları üçün qırmızı korpuslu ThinkPad Edge notbuklarını təqdim edir. ( 2010-cu il )

· Lenovo ilk iki displeyli işçi stansiyası ThinkPad W700ds təqdim edir.(2009-cu il )

· Lenovo öz sinfiində ən incə və yüngül tam funksiyalı notbuk ThinkPad X300 və ThinkPad W700ds, ilk iki displeyli mobil işçi stansiyasını, həmçinin özünün ilk serveri ThinkServer TS100 təqdim edir. ( 2008-ci il )

· Lenovo bazara öz yeni ThinkStation məhsulunu və ThinkStation S10 və D10 işçi stansiyalarını təqdim edir. ( 2007-ci il )

Lenovo Group 31 Mart 2015 ci ildə yekunlaşmış maliyyə ili və 4 rüb üçün nəticələri təqdim etdi. Şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Yan Yuancin bildirdi : "Lenovo şirkəti yenidən dinamik, balanslaşdırılmış və davamlı böyümə nümayiş etdirir. Daxili artım və yeni əldə olunan aktivlərin göstəricilərini diqqətə alaraq şirkətin strukturunda bir növ hərəkətverici qüvvələr, üç dayaq nöqtəsi formalaşmışdır. Mobil və korporativ məhsulların istehsalı bölmələri böyüyür və inkişaf edir, fərdi kompyuter istehsalı bölümü isə yenidən öz göstəricilərini yaxşılaşdırıb, xüsusilə isə yüksək gəlirlilik və bazar payını rekord həddə çatdırır. Motorola Mobility vəSystem x bölümlərinin şirkətin strukturuna inteqrasiya prosesi plana uyğun gedir: onlar böyümənin müsbət dinamikasını nümayiş etdirirlər. Əlbəttə ki, onların da fərdi kompyuter istehsalı kimi şirkət üçün əsas aktivlərdən olması üçün müəyyən vaxt keçməlidir. Bizim üçün yeni mərhələ olan Internet+ dövründə yarana biləcək imkan və risklərə gəldikdə isə, biz dəyişikliyə və təchizatı istehsalatından cihaz və proqram təminatı kimi balanslaşdırılmış istehsal sahələrinə keçidə hazırıq. Bu Lenovo şirkətinin növbəti illərdə yeni böyümə dalğasının katalizatoru olacaq."

BÖLÜMLƏR ÜZRƏ ŞƏRHLƏR

Windows əməliyyat sisteminin idarəetməsi ilə fərdi kompyuter və planşetlərin istehsalını özündə birləşdirən fərdi kompyuter istehsalı bölüməində satışın rüblük həcmi $7,2 milyard, vergilərin ödənməsinə qədər gəlir $391 milyon idi, bu da ötənn ilin analoji göstəricisindən 11% yüksək idi. Vergi ödəməsindən əvvəlki gəlir nisbəti 5,5% idi. 4-cü rüb ərzində Lenovo 13,3 milyon fərdi kompyuter satdı, bu göstərici bir il əvvəlki analoji dövr üçün olan göstəricidən 2,7 % yüksək idi. Şirkətin bazardakı payı 19,5% təşkil edirdi. Lenovo şirkətinin fərdi kompyuter bazarında payının artması bütün satış bölgələrində müşahidə edilmişdir, daha yüksək artım göstəriciləri Qərbi Avropa, Yaxın Şərq və Afrika ölkələrində müşahidə olunmuşdur.

Motorola bölümündən əldə olunan məhsulları özündə birləşdirən mobil cihazların istehsalı bölümündə Lenovo brendi altında mobil telefonlar, həmçinin Android əməliyyat sistemi bazasında planşetlər və televizorların satışın rüblük həcmi $2,8 milyard təşkil edirdi. Lenovo şirkəti əvvəlki kimi dünya smartfon bazarında 3-cü yeri tutur, bununla yanaşı 4 rüb ərzində satışın həcmi 18,7 milyon, il ərzində isə bu göstərici rekord həddə çatmışdır - 76 milyon satılmış smartfon.İl ərzində şirkət tərəfindən satılmış bütün smatfonların 59%-i Çin bazarının payına düşürdü ( 2 rüb ərzində satılan Motorola smartfonları daxil edilməklə ) Çindən kənarda smartfon satışı həcminin kəskin artması müşahidə edilirdi - 450% , bununla yanaşı il ərzində satılmış smartfonların sayı 31 milliona qədər artmışdır. Lenovo planşetləri, planşet seqmentində orta bazar göstəriciləri ilə müqayisədə öncül artım dinamikası nümayiş etdirmişdir: yalnız 1 il ərzində 12 milyon planşet satılmışdır, satış həcmi ötən il ilə müqayisədə 26% təşkil edirdi, dünya planşet bazarında şirkətin payı -5,1% dir. %. Motorola bölümün fəaliyyət nəticələrinə öz töhfəsini verdi- 4-cü rüb ərzində bu brendin $1,8 milliard məbləğinə 7,8 milliondan çox smartfonu satılmışdır ( artım 23,6% təşkil edirdi ) Motorola smartfonları yenidən Çin bazarına gəldi və bu brendin inkişafında vacib dövr oldu.Gözlənildiyi kimi, brend iş birliyinin sona çatmasından sonra Lenovo şirkətinə 4-6 rüb ərzində gəlir gətirməyə başlayacaq.

Lenovo ThinkServer и System x bredləri altında reallaşdırılan serverləri, verilənlərin saxlanılması sistemləri, proqram təminatı və xidmətləri özündə birləşdirən korporativ məhsulların istehsalı bölümündə satış həcmi $1,1 milliard təşkil edirdi. İkinci tam rüb ərzində System x məhsullarının satışı bölümündə əməliyyat gəlirinin vergilərin ödənilməsinə qədər müsbət göstəriciyə nail olmaq mümkün oldu, baxmayaraq ki, vergilərin ödənilməsinə qədər gəlirin standart göstəricisi $45 million təşkil edirdi. Lenovo əvvəlki kimi x86 memarlığında serverlərin dünya bazarında 3-cü yeri tutur, bununla yanaşı məhsulları kiçik və orta təşkilatlar üçün nəzərdə tutlan ThinkServer brendinin gəliri ötən ilin analoji müddət üçün göstəricisinə nisbətən 49 % artdı . Həmçinin əvvəlki kimi bir il ərzində System x üzrə müqavilələrin bağlanmasından sonra bu bölmədə satış həcminin $5 milyard olması haqqında da danışmaq olar.

Lenovo öz biznesi üçün möhkəm platforma qurmuşdur və şirkət dünyanın hər ölkəsində lider olmaq niyyətindədir və Azərbaycan da istisna deyil.

Bakı ofisi məhsulların Azərbaycanda satış və marketinqinə görə cavabdeh olacaq.

Lenovo şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyi 05.06.2015 tarixindən etibarən fəaliyyət göstərəcək. Şirkətiin ofisi Xocalı pr. 55 ünvanında yerləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti