...

Rusiya hökuməti Azərbaycanla imzalanmış investisiyaların müdafiəsi sazişini təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2015 11:34 (UTC +04:00)
Rusiya hökumətinin qanunvericilik fəaliyyəti üzrə komissiyası Azərbaycan və Rusiya arasında imzalanan investisiyaların qarşılıqlı müdafiəsi və təşviqinə dair hökumətlərarası sazişlə bağlı qanun layihəsini təsdiqləyib.
Rusiya hökuməti Azərbaycanla imzalanmış investisiyaların müdafiəsi sazişini təsdiqləyib

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Azad Həsənli/

Rusiya hökumətinin qanunvericilik fəaliyyəti üzrə komissiyası Azərbaycan və Rusiya arasında imzalanan investisiyaların qarşılıqlı müdafiəsi və təşviqinə dair hökumətlərarası sazişlə bağlı qanun layihəsini təsdiqləyib.

Trend-in məlumatına əsasən, bu barədə RF Nazirlər Kabinetinin saytında yayılan məlumatda deyilir.

Sənədə RF Nazirlər Kabinetinin iclasında baxılacaq.

Xatırladaq ki, Azərbaycan və Rusiya arasında imzalanan investisiyaların qarşılıqlı müdafiəsi və təşviqinə dair hökumətlərarası saziş 2014-cü il sentyabrın 29-da Həştərxanada imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti