Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Bakı-Tbilisi-Qars dəmiryolu magistralının istismara verilməsi tarixi hələ dəqiq məlum deyil. Bunu Trend-ə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiyalar Nazirliyindən deyiblər.
Nazirlikdən qeyd ediblər ki, Bakı-Tbilisi-Qars magistralının tikintisi haqqında sazişlə bağlı bir sıra problemlər mövcuddur: "Bu problemlər barədə hələ məlumat verə bilmərik".
Qeyd edək ki, daha əvvəl yayılmış məlumatda layihənin reallaşdırılmasının 2015-ci ildə başa çatacağı bildirilirdi.