...

Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinə yeni rəhbər təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2015 11:26 (UTC +04:00)
Yadigar Cəfərov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.
Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinə yeni rəhbər təyin edilib

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Azad Həsənli/

Yadigar Cəfərov "Azərbaycan Beynəlxalq Bankının" ASC-nin mətbuat xidmətinə yeni rəhbər təyin olunub. Bu barədə Trend-ə Y.Cəfərovun özü məlumat verib.

O, bu vəzifədə 14 il bankın mətbuat katibi çalışan Rauf Ağayevi əvəz edəcək.

Y.Cəfərov bundan əvvəl 4 il ərzində "Kapitalbank"-da mətbuat xidmətində, daha sonra "Azər Türk Bank"-da ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

Professional fəaliyyətinə 1998-ci ildə jurnalistika sahəsində başlayan Y.Cəfərov 2006-ci ilədək "Şərq" və "Azərbaycan" qəzetlərinin əməkdaşı olub.

Filologiya üzrə fəlsəfə doktorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti