Azərbaycan, Bakı, 28 iyul /Trend/
"AtaBank" Visa kartlarını istifadə edərək mükafat qazanın.
Unudulmaz yay keçirmək asandır. Bankdan Trend-ə verilən məlumatda bildirilir ki, "AtaBank"ın "Visa" kartları ilə GoldenPay sistemi vasitəsilə Hesab.az portalında rahat ödəniş edə və Maldivə 1 həftəlik səyahət, SHARP TV, iPad Mini 3 və digər hədiyyələr qazanmaq olar.
Bunun üçün Hesab.az istifadəçiləri "AtaBank"ın "Visa" kartları ilə bir dəfəyə minimum 10 AZN ödəniş etdikdə kampaniyada iştirak etmək üçün 1 lotereya şansı əldə edir. 50 AZN və ondan yuxarı ödəniş etdikdə isə uduş şansınız 2 dəfə artır.
Hesab.az istifadəçiləri "AtaBank"ın "Visa" kartları ilə kommunal, mobil, internet, TV, əyləncə ödənişləri edərkən Maldiv adalarına 1 həftəlik 2 nəfərlik səyahət, 10 ədəd SHARP TV, 10 ədəd iPad Mini 3 16 GB, 100 ədəd 20 AZN dəyərində Hesab.az hədiyyə kartları qazanmaq şansına sahib olacaqlar.
"AtaBank"ın "Visa" kartı vasitəsilə ödənişdən sonra verilən kuponlar avtomatik olaraq virtual lotereya biletlərinin nömrələrinə çevrilir.
Qeyd edək ki, lotereyanın qalibləri 03 sentyabr 2015-ci il tarixində xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim prinsipi ilə müəyyən ediləcək.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.