...

“Coca-Cola” qanımda: Dizayner Ketrin Bauman kontur xətli butulkanın 100 illiyinə kolleksiya təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2015 12:10 (UTC +04:00)
“Coca-Cola” – mənim hüceyrələrimdədir: Dizayner Ketrin Bauman kontur xətli butulkanın 100 illiyinə özəl çantalardan ibarət kolleksiya təqdim edib.
“Coca-Cola” qanımda: Dizayner Ketrin Bauman kontur xətli butulkanın 100 illiyinə kolleksiya təqdim edib

Azərbaycan, Bakı, 28 iyul /Trend/

"Coca-Cola" - mənim hüceyrələrimdədir: Dizayner Ketrin Bauman kontur xətli butulkanın 100 illiyinə özəl çantalardan ibarət kolleksiya təqdim edib.

"Miss Ohayo-1969" gözəllik yarışmasının qalibi və ötən əsrin 70-ci illərinin Amerika seriallarının ulduzu sayılan Ketrin Bauman hazırda əl işi olan aksessuarların dizaynı ilə məşğul olur. Onun "Swarovski" kristallarına və "pop-art" incəsənətinə olan sevgisi bir çox işlərində öz əksini tapıb. Bu mövzu dizaynerin sonuncu kolleksiyasında daha geniş təcəssüm olunub. Qeyd olunan kolleksiyanın nümunələrinin yaradılmasında başlıca ilham mənbəyi kimi bu il yubileyi qeyd olunan "Coca-Cola" butulkası çıxış edib.

"Coca-Cola" mənim qanımda

- Damarlarımda "Coca-Cola" ilə qarışdırılmış qan axır. Bəli, elədir ki var. Anam hamilə olarkən atamın qulluq etdiyi hərbi hissənin yaxınlığında yerləşən bir şəhərcikdə yaşayırdı. Onun yeganə əyləncəsi daim "Coca-Cola" içmək idi. Məhz buna görə adıçəkilən içki mənim hüceyrələrimin bir hissəsidir, - deyə Ketrin vurğulayır.

"Kathrine Baumann Beverly Hills" brendinin ən çox satılan 10 məhsulu sırasında "Coca-Cola" butulkasının 100 illiyinə həsr olunmuş aksesuarlar, həmçinin "Coca-Cola Zero" mövzusunda olan işlər yer alır. 2015-ci ildə məhdud sayda, cəmi 500 nüsxədə təqdim olunan əl çantaları bir göz qırpımındaca alıcılar tərəfindən əldə edilib.

- Katrinin enerjisi müsbət mənada yoluxucudur. O, öz işinə heyranedici sevgi, brendimizə isə sıx bağlılıq hissi ilə yanaşır. Onun kolleksiyasına aid çantalar kontur xətli butulkaların yubileyinə həsr olunmuş bayramın ən parlaq elementlərindən biridir - deyə "Coca-Cola"nın Şimali Amerika bölməsinin lisenziyalaşdırılma meneceri Bekki Anderson bildirib.

Bauman tərəfindən yaradılan məhsullar sadə olduğu qədər də dəbdəbəlidir. Məhz bu təzadlı ahəng dizayner tərəfindən yaradılmış kolleksiyasının uğurunun əsasını təşkil edir.

- Hətta klassik üslubda tərtib olunmuş aksessuarlar da özündə sadəlik, ehtiras və şənliyi ehtiva edir. Qiymətli daş-qaşlarla bəzədildiyinə rəğmən onlar çox ciddi görsənmir. Çantalarımı tanımaq çox asandır. Əgər qeyri-adi və qəşəng çanta görərkən üzünüzdə təbəssüm yaranırsa, deməli, böyük ehtimalla qarşınızdakı "Kathrine Baumann Beverly Hills" kolleksiyasından olan əşyadır.

"Coca-Cola" - vizit kartıdır

Ketrin Baumanın kolleksiyasından olan əşyaları dünyaca məşhur insanların əllərində və ya dəb jurnallarının fotosessiyalarında görmək mümkündür.

- Mən özüm "Coca-Cola" butulkası formasında olan çantanı daim özümlə gəzdirirəm. Bu vizit kartı kimidir. Bu cür əşyalar sizi, sanki özəl bir kluba üzv edir və vizit kartı ən yüksək təbəqədən olan məşhurlarla belə tanışlığınızı, ünsiyyətinizi asanlaşdırır.

"Kathrine Baumann Beverly Hills" çantasının dünyaca tanınmış, lakin adının sirr qalmasını istəyən sahibi dəbdəbəli Paris restoranında qarşılaşdığı hadisə barədə danışıb. Nahar zamanı o, çantasını restoran inzibatçısının yanında qoymuşdur. Fürsətdən istifadə edən restoran əməkdaşlarının aksessuarı gümüş sininin üzərinə qoyaraq bir saat ərzində restoranda nümayiş etdirilmələri dünya şöhrətli xanımın təəccübünə, qonaqların isə heyrətinə səbəb olmuşdur.

Digər bir maraqlı hadisə. Baumanın ofisinə bir nəfər zəng vurub "Coca-Cola" üslubunda əl çantası almaq istədiyini bildirib. Sorğuya cavab olaraq dizayner modelin artıq istehsaldan çıxarıldığını, yalnız vitrin nümunəsinin qaldığını və bu nüsxənin satış üçün olmadığını qeyd edib. Zəng vuran şəxs bu gözəl çantanın qıza evlilik təklifi etməsi üçün lazım olduğunu deyəndə Ketrin duyğulandığından aksessuarı xoşbəxt adaxlıya göndərib. Çantanı əldə edən oğlan onun içinə brilyant üzük və məktub qoyaraq qıza hədiyyə edib. Məktubda ". Sən elə əsl mənim axdardığımsan. Mənim həyat yoldaşım ol!" sözləri qeyd olunmuşdur və burada sərinləşdirici içki şirkətinin ABŞ-da ən məşhur şüarlarından birini sezmək olar - "Coca-Cola is the real thing!" ("Coca-Cola" əsl bir içkidir!). Bu cür hədiyyənin qarşılığında qızın cavabı müsbət oldu.

- Bütün işlərim dünyanın ən mükəmməl aləti - insan əlləri ilə hazırlanır. Kolleksiyanın hər bir nüsxəsinin hazırlanmasına altı aydan çox vaxt və gərgin əmək sərf olunur. Əgər əl çantasını özünüzlə gəzdirməyib evdə qoysanız belə o, yenə də incəsənət nümunəsi və "pop-art" əsəri olaraq qalır.

Ketrin Bauman yaxın gələcəkdə ""Coca-Cola"nı paylaş" aksiyası çərçivəsində fərdiləşdirilmiş özəl aksessuarlar kolleksiyası təqdim etməyi planlaşdırır.

"Coca Cola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti