...

Azərbaycanda deflyasiyanın tempi azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2015 15:40 (UTC +04:00)
2015-ci ilin iyul ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,7 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.
Azərbaycanda deflyasiyanın tempi azalıb

Azərbaycan, Bakı, 4 avqust /Trend/

2015-ci ilin iyul ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,7 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,7 faiz ucuzlaşıb.

Ay ərzində mal ətinin, balıq məhsullarının, kərə yağının, portağalın, naringinin, bananın, almanın, armudun, albalının, gilasın, alçanın, gavalının, əriyin, şaftalının, qozun, fındığın, üzümün, qarpızın, yemişin, göyərtinin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın, kökün, kartofun, kələmin, xiyarın, pomidorun qiymətlərində ucuzlaşma, düyünün, buğda ununun, toyuq ətinin, makaronun, yulaf və arpa yarmasının, yumurtanın, şabalıdın, limonun, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti