Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Ənvər Məmmədov/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Muğanbank" ASC-nin ümumi məbləği 5 milyon manat təşkil edən səhmlərinin emissiyası qeydə alınıb. Trend-in xəbər verir ki, bu barədə Bakı Fond Birjasının yaydığı məlumatda deyilir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan, 25 min ədəd adi sənədsiz adlı səhm buraxılıb.
Yerləşdirmənin anderrayteri kimi "Texnika Kapital Menecment" ASC çıxış edib.
Emissiya nəticəsində bankın nizamnamə kapitalı 55,2 milyon manata çatacaq.