...

Azərbaycan beynəlxalq sularda quru yük donanmasını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2015 15:11 (UTC +04:00)
”Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC xarici sularda quru yüklər daşıyan gəmilərinin sayını artırıb.
Azərbaycan beynəlxalq sularda quru yük donanmasını genişləndirir

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Maksim Tsurkov/

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC xarici sularda quru yüklər daşıyan gəmilərinin sayını artırıb.

Trend xəbər verir ki, bu barədə QSC-nin saytında dərc olunan məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, 3000 ton yükgötürmə qabiliyyətinə malik "Qaradağ" gəmisi Bakıdan xarici sulara yola düşüb və Volqa-Don kanalını keçdikdən sonra gəmi Azova, oradan isə Qara dənizə doğru istiqamət götürəcək.

Beləliklə, "Üzeyir Hacıbəyli" və "Natəvan" gəmilərindən sonra "Qaradağ" Xəzərdən kənarda üzən üçüncü gəmi olacaq. Gəmi Aralıq dənizi hövzəsində quru yüklər daşıyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti