...

Samux və Qaradağ rayonlarının qaz təchizatında nəhdudiyyətləır olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2015 19:30 (UTC +04:00)
Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Samux və Qaradağ rayonlarının qaz təchizatında nəhdudiyyətləır olacaq

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. Trend bu barədə SOCAR-ın saytına istinadən xəbər verir.

Avqustun 27-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Qaradağ-Duvannı" qaz kəmərində və Qazax magistral qaz kəmərləri sahəsinin "Samux" (Nəbiağalı), ''Zazalı'' və ''Ağasıbəyli'' qazpaylama stansiyalarında, eləcə də, bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Samux rayonunun Nəbiağalı, Zazalı və Ağasıbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qaradağ rayonu Sahil qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti