...

Rusiyanın böyük regionu Azərbaycana tibbi məhsullar tədarük etmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2015 14:43 (UTC +04:00)

Rusiya, Yekaterinburq, 30 sentyabr /Trend, müxbir Vaqif Şərifov/

Uralın istehsal müəssisələri Azərbaycana maşınqayırma, tibb və əczaçılıq məhsulları tədarük etməyə hazırdırlar. Trend-in məlumatına görə, bunu Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Yekaterinburqda keçirilən VI Rusiya-Azərbaycan Regionlararası Forumda deyib.

Onun sözlərinə görə, "Ural lokomotivləri" MMC Azərbaycana dəmiryol lokomotivlərini və sərnişin qatarlarının tədarükünü təşkil etməyə hazırdır: "Uralvaqonzavod" Azərbaycana dəmiryol vaqonları və sisternlərin tədarükünün genişləndirilməsində maraqlıdır. Azərbaycanda tibb və əczaçılıq sənayesi istehsalı məhsullarına böyük tələbatın olduğunu nəzərə alsaq, bu məqsədlə Uralın əczaçılıq müəssisələri ilə qarşılıqlı fəaliyyət göstərmək mümkündür".

Qubernator qeyd edib ki, "Medsintez" MMC zavodu insulin və insulin əleyhinə preparatların tədarük edilməsində əməkdaşlığa, İrbit kimya-əczaçılıq zavodu isə 50 adda hazır dərman preparatlarını və 20-dən artıq aktiv əczaçılıq substansiyalarını təklif etməyə hazırdır.

Y.Kuyvaşev əlavə edib ki, potensialı olan sahələrdən biri də Azərbaycanın neft-qaz sənayesi üçün boru məhsullarının tədarüküdür: Sverdlovsk vilayətində meyvə-tərəvəz logistik mərkəzinin tikintisi, Azərbaycanda tibbi avadanlığın birgə istehsalının təşkili, turizm sahəsində daha sıx fəaliyyət göstərmək üzrə Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyə və dərinləşdirməyə hazırıq. Bundan başqa, Uralda Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisində tərəfdaş qismində çıxış etməyə də hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti