...

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı işlərin gedişi müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2015 11:19 (UTC +04:00)
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində müzakirələr aparılacaq.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı işlərin gedişi müzakirə olunacaq

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində müzakirələr aparılacaq. Bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, İqtisadiyyat və Sənaye naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 2015-ci ilin 3-4 avqust tarixlərində İranda səfərdə olub.

Səfər çərçivəsində keçirilmiş görüşlərdə bir sıra sahələrə dair geniş fikir mübadiləsi aparılıb, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində müzakirələr üçün Hökumətlərarası Komissiya həmsədrlərinin rəhbərliyi ilə Azərbaycan və İran nümayəndə heyətlərinin görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

9-10 oktyabr tarixlərində Azərbaycanın Lənkəran və Astara, İranın Astara şəhərlərində keçirilməsi planlaşdırılan görüşlərdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı işlərin gedişi, hər iki tərəfdən əlaqələndirilmiş işin təşkili, yaradılacaq infrastruktur barədə müzakirələr aparılacaq, dəhlizin Astara (Azərbaycan) - Astara (İran) hissəsinə baxış keçiriləcək.

Görüşlərdə Azərbaycan tərəfindən İqtisadiyyat və Sənaye naziri ilə yanaşı, Xarici İşlər və Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, İran tərəfindən aidiyyəti qurumların yüksək səviyyəli şəxslərinin iştirakı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti