...

Bakı-Tbilisi-Qars dəmiryolu gələn il tam istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2015 17:37 (UTC +04:00)
Bakı-Tbilisi-Qars (BTQ) marşrutu üzrə dəmiryol xətti 2016-cı ilin noyabrınadək tam olaraq istismara veriləcək.
Bakı-Tbilisi-Qars dəmiryolu gələn il tam istismara veriləcək

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Ənvər Məmmədov/

Bakı-Tbilisi-Qars (BTQ) marşrutu üzrə dəmiryol xətti 2016-cı ilin noyabrınadək tam olaraq istismara veriləcək.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Azərbaycanın tranzit potensialının inkişaf perspektivləri" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, BTQ-də tikinti işləri 2016-cı ildə başa çatacaq: "2015-ci ilin sonunadək yükdaşımalara başlamağı planlaşdırırıq, gələn ildən isə yolların elektrikləşdirilməsi və digər dəmiryol infrastrukturunun yaradılması üzrə işləri başa çatdırmaq nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti