...

"Unibank"dan Müstəqillik günü hədiyyəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2015 13:40 (UTC +04:00)
Bu əlamətdar gün münasibəti ilə bank xüsusi aksiyaya başlayır.
"Unibank"dan Müstəqillik günü hədiyyəsi

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

"Unibank" Azərbaycan xalqını 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edir, müstəqilliyimizin əbədi olmasını arzulayır. Bu əlamətdar gün münasibəti ilə bank xüsusi aksiyaya başlayır.

Bankdan Trend-ə verilən məlumata görə, oktyabrın 15-dən 21-dək davam edən kampaniya çərçivəsində, ölkə vətəndaşları 10.000 manatadək komissiyasız nağd kredit əldə etmək üçün "Unibank" filiallarına müraciət edə bilər. "Unibank"da manat kreditləri 36 ayadək müddətə verilir.

"Unibank" hazırda paytaxt və bölgələri əhatə edən 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə "Unibank"ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti