...

PAŞA Bank-ın dəstəyi ilə “Davamlı Müəssisənin İnkişaf proqramı” layihəsi təqdim olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2015 11:55 (UTC +04:00)
PAŞA Bank-ın dəstəyi ilə Quba və Lənkəran regionunda “Davamlı Müəssisənin İnkişaf proqramı” layihəsinin təqdimatı keçirilib.
PAŞA Bank-ın dəstəyi ilə “Davamlı Müəssisənin İnkişaf proqramı” layihəsi təqdim olundu

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

PAŞA Bank-ın dəstəyi ilə Quba və Lənkəran regionunda "Davamlı Müəssisənin İnkişaf proqramı" layihəsinin təqdimatı keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, Bankın sponsorluğu ilə Lənkəran və Quba regionlarında "Junior Achievement Azərbaycan" (JAA) ictimai birliyinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Davamlı Müəssisənin İnkişaf Proqramı" (DMİP) layihəsinin təqdimatı keçirilib.

Kiçik və orta müəssisələrin yaradılmasında maraqlı olan gənclərin və tələbələrin iştirak etdiyi təqdimatda proqram barədə geniş məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda gənclər tərəfindən idarə ediləcək kiçik və orta müəssisələrin yaradılmasını qarşısına məqsəd qoyan DMİP sahibkarlıq və biznes təlimləri vasitəsilə gəncləri belə müəssisələrin yaradılmasına istiqamətləndirir. JAA ictimai birliyi bank və maliyyə təşkilatları ilə əməkdaşlıq edərək gənclərin idarə etdiyi müəssisələrə maliyyə xidmətlərinin göstərilməsinə yardım edir, biznes icmasını gənclərin idarə etdiyi müəssisələrin uğurları və çətinlikləri ilə tanış edərək, belə müəssisələrin inkişafı üçün əlverişli mühitin yaradılmasına kömək göstərir.

Bildirilib ki, DMİP layihəsi çərçivəsində "JAA" ictimai birliyi və "PAŞA Bank" ASC proqramdan faydalanacaq gənclərə biznesin yaradılması, qeydiyyatı, inkişafı, lisenziyanın alınması, vergilərin təyin edilməsi, maliyyə mənbələrinə çıxış və maliyyə hesabatı üzrə məsləhətlər verəcək, kredit üçün banklara müraciət edilməsində onlara yardım göstərəcək.

Təqdimat çərçivəsində iştirakçılara metodiki təlimat və bukletlər paylanıb, suallar cavablandırılıb. Təqdimatın sonunda iştirakçıların seçim prosesi baş tutub. Seçim prosesi ərizəçilərin fərdi müəssisənin fəaliyyətinə dair təcrübəsi, biznes ideyanın yenilikçi xüsusiyyətləri və proqramı bitirdikdən sonra planlaşdırılan şəxsi fəaliyyət planına əsaslanıb.

Bank haqqında:

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti