22 yaşını qeyd edən "AtaBank" bu gündən etibarən manat əmanətləri üzrə faiz dərəcələrini 2.2% artırıb. Ümumilikdə "AtaBank" ASC manat əmanətləri üzrə illik faiz dərəcələrinin artımını "Manata dəyər verək" şüarı altında xüsusi kampaniya çərçivəsində davam etdirəcək.
Trend-in məlumatına görə, "AtaBank" ASC 2006-ci ildən Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun üzvüdür (http://www.adif.az) və Banka yatırılan bütün əmanətlər Fondun şərtlərinə uyğun olaraq sığortalanır. Qeyd edək ki, Fond tərəfindən sığortalanan əmanətlər üzrə maksimal illik faiz dərəcəsi 12% təşkil edir.
Kampaniyanın şərtləri ilə ətraflı şəkildə siz www.atabank.com saytında, bankın Facebook sosial şəbəkəsindəki www.facebook.com/atabank rəsmi səhifəsində, eləcə də "AtaBank" ASC-nin filiallarında tanış ola bilərsiniz. Kampaniya 31 dekabr 2015-ci il tarixinə qədər davam edəcək.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.